Menu

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi işdən çıxarılıb

13.03.2019, 15:10
Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi işdən çıxarılıb

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Avetik Muradyan işdən çıxarılıb.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

A.Muradyan Baş nazir Nikol Paşinyanın təqdimatı ilə tutduğu vəzifədən azad olunub.

Dövlət başçısının digər sərəncamı ilə Qaqik Aslanyan Silahlı Qüvvələrin Aviasiya İdarəsinin rəisi təyin olunub. Onun da təqdimatını N.Paşinyan verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol