«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Baş nazirinin müavini Maksim Akimov bəyan edib ki, əmək məhsuldarlığı göstəricisinə görə, Rusiya iqtisadiyyatı ilə aparıcı dünya iqtisadiyyatı arasındakı fərq 100 il təşkil edir.
O, həmin fərqin aradan qaldırılması üçün sənaye proseslərinin rəqəmsallaşdırılmasının sürətləndirilməsinə çağırıb.
Baş nazir müavini bildirib ki, sənayenin robotlaşdırılması qaçılmazdır, çünki insan əməyi sürətinə və dəqiqliyinə görə, robota uduzur.
O, hesab edir ki, hazırda biznes-proseslərin təbiətini dəyişmək istəməyən bir çox şirkətlər artıq gələn onilliyin ortalarına faktiki olaraq, mövcudluğunu itirəcək.


Şərhlər
Rusların özlərinin etiraf etdiyi geriliyi,təəssüf ki bizdə görmək istəməyənlər var.Rusiyanın köhnə avadanlıqlar kimi istifadəyə yaramayan təhsil sistemini Azərbaycana dartıb gətirmək istəyən nadanlarımız Maksim müəllimin dediklərindən nəticə çıxarmalıdırlar.Xalqın təhslini lazımsız diplomlarla "nelikvid"ə çevirmək xəyanətdir!