Menu

Suriya hökuməti 40 min terrorçunu əfv edib

14.03.2019, 12:05
Suriya hökuməti 40 min terrorçunu əfv edib

Terror qruplaşmaların üzvü olan 40 min nəfərə yaxın Suriya vətəndaşı hökumət tərəfindən əfv edilib.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Milli Barışıq Təşkilatının rəhbəri Yana Həddurun təqdim etdiyi hesabatda bildirilir.

Y. Həddurun sözlərinə görə, Suriya höküməti terror qruplaşmalarının nəzarətindəki bölgələrdə olan 6 min qadının həyatını normal şəkildə davam etdirməsinə imkan yaradıb.

Hesabatda 16 min nəfərin itkin düşdüyü qeyd edilib.

Qeyd edək ki, Suriya Milli Barışıq Təşkilatı ötən ilin sonunda yaradılıb. Təşkilat müharibə zamanı yaxınlarını itirmiş insanlara onları tapmaqda kömək edir, ölənlərin siyahısını dəqiqləşdirir və qaçqınlara qanuni sənəd almaqda yardımçı olur.

Şərhlər

NURəddin 2019-03-14 12:05:00

BİR ÖLKƏDƏ 40 MİN TERRORÇU OLA BİLMƏZ.ƏGƏR SÖHBƏT 40 MİNDƏN GEDİRSƏ BU XALQIN ÖNƏMLİ BİR HİSSƏSİ DEMƏKDİR.ƏGƏR 40 MİN İNSAN SƏNƏ NİFRƏT EDİRSƏ DEMƏK SƏN ÖZÜN TERRORÇUSAN. BƏŞƏR ƏSƏDİN SURİYA XALQINA AÇIQ-AŞKAR GENOSİD ETMƏSİ BİR FAKTDIR VƏ BU DÜNYANIN GÖZÜ QARŞISINDA BAŞ VERİR.ÜMİD EDƏK Kİ, BƏŞƏRİYYƏTİN DÜŞMƏNİ OLAN BU MURDAR BƏŞƏR DÜNYƏVİ CƏZASINI DA ALACAQ.

t.ədalət 2019-03-14 12:05:00

Terrorçular ilə işbirliyi yapmaq,ancaq nadanlara məxsus ola bilər.Yaxud da terrorla hakimiyyətə gələn xainlər terrorçulardan faydalanırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol