Menu

"Bu islahatların nəticələri göz qarşısındadır" - Oqtay Əsədov

15.03.2019, 13:20
"Bu islahatların nəticələri göz qarşısındadır" - Oqtay Əsədov

“2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qarşısındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib”.

ONA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.

O qeyd edib ki, cari ilin əvvəlində minimum əmək haqları, təqaüdlərin, pensiyaların artırılması və digər sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir: “Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliləyib. Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bir sıra layihələr yadda qalıb, iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. Valyuta ehtiyatları ötən il 45 milyard dollara çatıb”.

Şərhlər

Ayzek 2019-03-15 13:20:26

İqtisadiyyatımız elə dayanıqlı inkişaf etmişdisə striptiz klub açıb özünü niyə biabır edirdin?

Azərbaycan vətəndaşı 2019-03-15 13:20:26

Bu islahatların nəticəsi olaraq mənim pensiyam üç faiz artıb. Çox böyük bir rəqəmdir.Yeddi manat .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol