Menu

Azərbaycanda seçicilərin sayı açıqlanıb

15.03.2019, 17:55
Azərbaycanda seçicilərin sayı açıqlanıb

Bu günə olan məlumata görə, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.

MSK sədri qeyd edib ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.

Şərhlər

Azərbaycan vətəndaşı 2019-03-15 17:55:45

Əgər Azərbaycan əhalisinin sayı on milyondursa,neçə ola bilər ki,əhalinin 50 faizindən çoxu secici olsun.Bu mümkün deyil. Heç olmassa bunu düz yazın.Dünyanı özünüzə güldürməyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol