Menu

İki ayda informasiya və rabitə xidmətlərinin dəyəri 9,3% artıb

16.03.2019, 15:30
İki ayda informasiya və rabitə xidmətlərinin dəyəri 9,3% artıb

Bu ilin yanvar-fevral ayıları ərzində informasiya və rabitə müəssisələri 306,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,9%-i və ya 134,8 mln. mobil telefon rabitəsi sahəsində formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol