Menu

Venesuela müxalifəti neft korporasiyasına nəzarəti ələ keçirib

16.03.2019, 15:40
Venesuela müxalifəti neft korporasiyasına nəzarəti ələ keçirib

Özünü ölkənin müvəqqəti Prezidenti elan edən Venesuela müxalifətinin lideri Xuan Quaydo "Citgo" neft korporasiyasını idarə etdiyini bildirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Tvitter" səhifəsində yazıb.

O vurğulayıb ki, müxalifət tərəfindən "Citgo"nun ələ keçirilməsi millətin əhəmiyyətli aktivlərinin xilas edilməsi deməkdir.

Xatırladaq ki, Venesuelanın dövlət neft şirkəti PDVSA "Citgo"nun əsas səhmdarıdır.

Şərhlər

Türk 2019-03-16 15:40:21

Quaydo ABŞ-ın tulasıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol