Menu

Elçibəyin hərbi məsələlər üzrə müşaviri olmuş türk general vəfat edib

24.08.2014, 12:21
Elçibəyin hərbi məsələlər üzrə müşaviri olmuş türk general vəfat edib

1992-93-cü illərdə Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri vəzifəsini tutmuş, istefada olan general-leytenant Yaşar Dəmirbulaq İstanbulda vəfat edib.

APA-nın məlumatına görə, general Dəmirbulaq ürək-damar çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, 1933-cü ildə anadan olmuş Yaşar Dəmirbulaqın ata-babası İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən Qarsa köçüb. Türk ordusunda 35 il xidmət edən Y. Dəmirbulaq, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxıb.

1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və bir il onun hərbi məsələlər üzrə müşaviri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol