Menu

İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıblar

17.03.2019, 13:50
İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıblar

Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıblar.

Musavat.com xəbər verir ki, onlar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ilə azad olunublar.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb və onlara arayışları təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol