"Əfv sərəncamı ilə haqq-ədalət yerini tapdı, barəmdə çıxarılmış ədalətsiz qərar aradan qaldırıldı”.
ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bu gün azadlığa çıxan Rüfət Səfərov bildirib.
R. Səfərov qarışıq hisslər keçirdiyini söyləyib: “3 ildən sonra ailəmə qovuşacam. Çalışacam ki, bundan sonra Azərbaycana öz imkanlarım daxilində xidmət edim".



Şərhlər
Əfv sərəncamı ilə haqqı-ədaləti geri qaytarmaq olmur.Olsa-olsa,bu, haqsızlıq yolunun yarısında dayanmaqdır.Verilmiş əzablar,tapdanmış hüquqlar,şərlənmiş tərcümüyi-hallar insanın ömrünə hörülmüş haqsızlıqlardılr.Bu haqsızlıqlar qiyamət gününədək onu yaradanların çiynində qalır...