Menu

Daha bir ölkədə “xilafət” elan edildi

25.08.2014, 08:44
Daha bir ölkədə “xilafət” elan edildi

“Boko haram” radikal qruplaşmasının lideri Abubakar Şekay Nigeriyanın şimal-şərqindəki Quoz şəhərində “islam xilafəti” yaradıldığını elan edib.

AzərTAc bu haqda “Frans-Press” agentliyinə istinadla məlumat yayıb. Avqust ayında “Boko haram” ekstremistləri ölkənin şimalında bir neçə yaşayış məntəqəsini ələ keçirməyə nail olublar. Quozla yanaşı, Damboa və Buni Yadi də onların əlindədir. “Boko haram” qruplaşmasının yaraqlıları artıq bir neçə ildir ki, hakimiyyətə qarşı faktiki müharibə aparırlar.

Ötən beş ildə 10 mindən çox insan onların törətdikləri terror aktlarının qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol