Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımırıq
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
Qeyd edək ki, tanınmamış Abxaziya respublikasında prezident seçkisində Aslan Bjaniya, Leonid Dzapba, Mirab Kişhmariya və Raul Kajimba mübarizə aparıb.
Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb.

Şərhlər