İranın paytaxtı Tehran şəhərinin Mehrabad hava limanında göyərtəsində 50 sərnişinin olduğu təyyarə yanıb.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, təqribən 50 sərnişini təxliyə etmək mümkün olsa da, 50-yə yaxın sərnişin göyərtədə qalıb. Əraziyə qəza-xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Başqa məlumat yoxdur.
Mehrabad Tehranın iki beynəlxalq aeroportundan biridir.


Şərhlər