"İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.
"Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq", - deyə, dövlət başçısı əlavə edib.


Şərhlər
Azərbaycanımızın inkişafını istəyiriksə, birinci növbədə qanuna, nəzarət qanunu olmalıdır. Qanuna nəzarət olmadığından, Hakimliyə 90 bala yaxın bal toplayan kadrları öz arzularına çatmağa qoymamışlar, 60-61 bal toplayanlar isə Hakim təyin olunmuşlar ? Yüksək səviyyəli kadrları məhv edən məmurlar haqqında ciddi tədbirlər görülməlidir Ki, başqalarıda özləri üçün ibrət dərsi götürsünlər...Hakimliyə yüksək bal toplayan kadrların siyashısı araşdırılıb KİV vasitəsilə xalqa bildirilməlidir və onların Hakim olması
Ən vacib sahə təhsildir. Əgər təhsil ideal səviyyədə olarsa hər bir sahə istər-istəməz düzələcək. Sinqapur, Cənubi Koreya, Yaponiya, Finlandiya və digər təhsili yüksək olan dövlətlər buna sübutdur. 2-ci ən vacib sahə məhkəmə sistemidir. İnsanlar bilməlidir ki, hər bir mübahisəsi məhkəmədə ədalətlə həll ediləcək. Əgər məhkəmə tam ədalətli olarsa digər hüquq mühafizə orqanları və əmlak sahəsi də ona uyğunlaşacaq. Sadəcə olaraq başqa yolları qalmayacaq. Ümid edək ki digər sahələr də ASAN xidmət kimi işləsin.
19 sutkalıq aclıq aksiyama 18.03.2019 tarixində son verdim. Çünki bayramdan sonra artıq işə gedə bilməyəcəkdim. GDU rektoru isə elə bunu gözləyirdi ki, məni bu yolla işdən qovsun. Amma mübarizəmi davam edirəm. Xahiş edirəm təhsilimizi məhv edən rüşvətxor rektorlara qarşı petisiyanı imzalayın. İmzalayanların sayı 281 oldu.
GÖRƏSƏN BU KADR İSLAHATINDA TAXTABİTİNİN , DƏVƏQUŞUNUN, KƏLÇƏNİN BİRLİYİNƏ SON QOYULACAQMI?
tamamilə düz deyirsiniz ölkədə kadr islahatı aparmaq üçün birinci kərəm həsənovdan başlamaq lazımdır.bu şəxs o qədər ... ki, ölkə prezidentinin imzaladığı qanunvericilik aktlarına əməl etməməkdən çəkinmir. heç kim də ona bir söz deyə bilmir................ məhkəmə qərarları da bir mənalı onun xeyirinə təmin olunur.
Yuxarıda deyilənlərin heç birinə ehtiyac qalmayacaq sadəcənə xalqa icazə vermək lazımdır ki bütün deputatları istisnasız öxü seçsin YAP siyahısı ilə seçləcəklər sə heç bir islahatdan söz ola bilməz
15 ilden sonra islahata start vermek ne derecede duzgundu cenablar
Məhkəmə- hüquq sistemində köklü kadr islahatları aparılmalıdır, çünki Hakimliyə yüksək bal toplayanların hamısı kənarda qalıblar, Beynəlxalq Univeristetini qurtaranlar isə Hakim və Sədr kreslosunda otururlar day-day hesabına ? Qanuna nəzarət qanunu olmalıdır, nəzarət qanunu olmadığından Hakimliyə yüksək bal toplayanlar kənarda qalmış, 60 bal toplayanlar isə Hakimliyə təyin olunublar ? Yüksək bal toplayan kadrlar araşdırılıb ortaya çıxmalı, onları şəxsi maraqları naminə kəsənlər cəzalandırılmalıdır?
Heç bir islahat YAP-ın kadrları ilə effekt verməz! YAP özünü açıq şəkildə talançı qrupu kimi biruzə verib.Bunu sübut etməyə ehtiyac yoxdur.Faktlar məşhuri cahandır.Ancaq bu soyğunçular partiyasına qarşı heç bir tədbir görülməməsi sitemin çürüdüyünü təsdiqləyir.
İslahat keçirməyə qadir olan yeni hakimiyyət formalaşmalıdır.
Qardas oktay sireliyev coxdan rehmete gedib sadece ozune demirler
Islahat korupsioner sehiyye naziri oqtay shireliyevi vezifeden cixardanxan sonra faliyetini huquq muhafize orqanlari arashdirmalixi he onda inanariq islahata
Ne qederdeki Azerbaycanda daydayla qohumla vezifeye duzeldlir .Ona qeder hec yerde ne duzgun olacaq ne de ish gedecek .Ata vergi ischisi ogul vergi ischisi ,Ata hakim ogul prokuror,Ata polis reisi ogul serjant sonra islahat.Konstitusiyada yazilib ki deputat biznese malik olmali deyil 99.9% biznesmendir.Hele bir bunlari duzeldek sonra islahatdan danishariq.
Yarımçıq yarıtmaz islahatlar heç bir nəticə verən deyil. Ölkənin inkişafı üçün artıq köklü dəyişikliklər,mükəmməl islahatlar aparılmalıdır. Ölkədə hərci mərcilikdir. Milyardları mənimsəmiş məmurlar deputatlar oliqarxlar ipə sapa yatmır. Onlar oğurladıqlarını qaytarmalı və əhalini ölkəni çətin vəziyyətdən çıxarmaq lazımdır.Ölkə əhali uzun illər misli görünməmiş talana ədalətsizliyə məruz qalmışdır. Artıq vəziyyət dalana dirənib. İndiyə kimi olan ədalətsizliyi bərpa etmək ki ölkə fəlakətə doğru getməsin.
BU ilahatları keçirmək üçün kadr tələb olunur.İndiki korrupsiyalaşmış, rüşvətə öyrədilmiş kadrlarla bu iş mümkünsüzdür.Bəs o zaman bu islahatlar pafoslu çıxış kimi görünmür? Öncə kadr hazırlanmalıdır.Mövcud sistemin yanaşma metodu ilə bu fantaziyadır.
Mən, DTX nəzarəti dedikdə polis tərəfindən həbs edilən adamlara qarşı,az qala on dəfə dəyişdirilən cinayət işlərinin qarşısının alınmasını nəzərdə tuturam.Polis şərlədiyi adama ilkin maddənin əsaslı olmadığını görüb istintaq və təhqiqat zamanı dəfələrlə yeni maddələr əlavə edirlər.Məhkəmələr də rüşvət almadıqları işi ən ağır cəza ilə sonuclayırlar.Xüsusi nəzarət olarsa,onlar əməllərini redaktə etmək məcburiyyətində qalarlar..
NE QEDERKI KEREM HESENOV EMLAK KOMITESINDEDI VE ONA TOXUNULMUR MEN HECBIR ISLAHATA INANMIRAM
Polis sifarişlə mənə heç bir sənəd göstərmədən Kəpəz Məhkəməsinə aparıb, İXM-nin 157-ci maddəsi ilə 500 manat cərimə etdi və GDU rektoru icraat başlayan kimi məni işdən qovacaq. 19 sutkalıq aclıq aksiyama heç mətbuatımız da reaksiya vermədi. Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşıyam. GDU məmuru, 2 polis və 2 hakimin qanunsuz əməlini sübut edən sənədi isə Gəncə Prokuroru qəbul etməkdən imtina edir. Hamısı tamamilə yenidən qurulmalıdır. Əla xəbərdir, uğurlu olsun xalqımız üçün.
Əsas ishat dedikdə-20 ildir .... Ulu Öndərimizin təbirincə deyib Prokurorluğun bütün qapı-pəncərələrini açıb havasını dəyişmək lazımdır.
Ən böyük islahat, məhkəmə hüquq sistemindən başlamalıdır, Elə bir islahat ki, öncə hakimlər müstəqil olsunlar.Ki, Sifariş və bazar mühiti aradan qalxsın. İnanın ki, istənilən vəzifə sahibi anlasa ki, Onun yolu məhkəməyə düşsə ona heç nə və heç kim kömək etməyəcək, İnanın ki,onda hər kəs özünə çəki düzən vermiş olacaq. Təbii ki, bu da aparıla.
Prezidentin ən effektli islahatı YAP-dan imtina etməsi olardı...
siz doqurdan duwunursuz .... ele ona gorede bu olke bu gundedir, insanlar Qanunun aliliyini yerlerde temin edilmesini teleb etmekdense , aidyeti olmayan bawqa bir nadzora verilmesini isteyir....tx yerlerde cixardiqi oyunlar, aldiqi ruwvetler bes nedir,qenfet kaqizi?
Polisə,prokurorluğa və məhkəməyə daxil olan cinayət işləri DTX nəzdində xüsusi yaradılmış nəzarət şöbələrinə göndərilməsə heç bir müsbət dəyişiklik olmayacaq.Çünki bu orqanlarda çalışanları oraya tamah,nəfs və rüşvət istəyi gətirib.