Menu

Sumqayıtda 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

20.03.2019, 14:26
Sumqayıtda 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıtda elektrik cərəyanı bir kişinin həyatına son qoyub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Həsrətov Anar Azad oğlu yaşadığı Sumqayıt şəhərindəki dəmir yolu stansiyasında elektrik xəttinə toxunub. Nəticədə 6 min voltluq elektrik xətti kişini vuraraq öldürüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol