Rüfətin həyatından çox nigaranam…

Eldar SABİROĞLU

Rüfət həbsxanadan çıxandan sonra da bir başqa tövrdə izlənilir. Nəzarət altında saxlamağa yönəlik məqsədli addımların sabiq müstəntiqi düşüncə və qərarlarında dəyişdirməsi çətindir.

Övladım olduğuna görə demirəm, Rüfət ruhən və qəlbən çox sakit təbiətli, insansevər, dedi-qodu söhbətlərdən kənar duran, ədaləti və qanunu bütün şəxsi istəklərin fövqündə görməyi arzulayan mübariz bir fikir adamıdır.

Nə qədər cəhd etsəm də, mən bir ata kimi onu seçdiyi yoldan döndərə bilmədim. İndi başqa bir formatda edilən cəhdlərin ona hər hansı təsir göstərəcəyini düşünənləri sadəcə anlaya bilmirəm.

Sabiq müstəntiq evdə jurnalistlərə verdiyi müsahibəsində siyasətdən kənar hüquqi fəaliyyətlə məşğul olacağı barədə mövqeyini ortaya aydın şəkildə qoydu və müəyyən müddət səhhəti ilə məşğul olacağını bildirdi. Bundan sonra əsası olmayan fikirlərin üzərində təkid edərək mənim və Rüfətin guya haralarasa bağlanmaq meylində olduğumuzu gündəmə daşımalarını tamamilə qərəzli yanaşma hesab edirəm.

Sirr deyil ki, Rüfətin sifarişli həbsindən sonra müxalifət onu ardıcıl olaraq müdafiə etmişdir. Nə etməliydik, sinələrindən vurmalıydıq? Anamın hüzüründə hökumətyönlü adamlardan adi birisi belə gözə dəymədi, ancaq tanınmış müxalifət liderləri gəlib başsağlığı verdilər. Təşəkkür edirəm onlara. Sual olunur, bu şansı kim verdi? Cavabını hakimiyyətdən eşitmək istərdim.

Bəli, vaxtilə kəskin tənqid etdiyim müxalifət Rüfətin müdafiəsinə qalxdı, hakimiyyət isə söz və ifadə özgürlüyü nümayiş etdirdiyinə görə tutub basdı içəri. Ürəyi bununla soyumayan hakimiyyət Rüfəti CÇM-də qəddarcasına, amansız işgəncələrə məruz qoydu. Bu barədə soruşan yoxdur. Azadlıqdan sonra başına gətirilənləri danışdıqca dəhşət məni bürüyür. Belə iş olmaz. Kim verib bu sifarişi? Vicdanı varmı beləsinin?

Açıq deyirəm, Rüfətin həyatından çox nigaranam. Hər şey edə bilərlər. Həkim müayinəsindən sonra bu barədə daha dəqiq danışmaq imkanımız olacaq...

Hələlik ata-oğul öz yerimizdə dayanmışıq. Gündə yüz kərə Allaha yalvarırıq ki, Rüfəti şərdən, böhtandan qorusun!

635x100

Şərhlər

yalçın 2019-03-05 21:15:10

geydirmə, qondarma, soxuşdurma müxalifət..

Sabiroglu muellime 2019-03-05 21:15:10

Muellim,sapsiz balta ile hence kesmek olmaz,bunu bawa duwmek ucun yeterince yawiniz var,baltanin sapinida ozunuz qayirmisiniz,так что,t.ede-ler demiw oglunuzu duz yola qaytarin,onu muxalifet olmaga qoymayin,butun muxalifet ermeninin deyirmanina ciw eleyenlerdi.

Lerikden Mehemmed Hesen emi 2019-03-05 21:15:10

hec kim hecne ede bilmez, iki sebebden : 1) Ox yaydan cixmiw,geri donuw yoxdur artiq 2) Rufeti eyer siz duz yolundan eyri yola dondere bilmedizse (tessuf ki ozunuz bunu yuxarida qeyd etmisiz) kimlerinse pusmasi hecneyi deyiwmez, sahibleride cox yaxinda anlar bunu.

EJDER 2019-03-05 21:15:10

EGER ANALOQU OLMAYAN,QURDUQUNUZ BU YAP CI ,GOP CU HOKUMET.... BILMEYEN AKADEMIKI ILE SIZE QARWI HAQQSIZLIQ EDIRSE,HESAV EDIREM KI,SIZ SUSMAMALISINIZ,ELI INSANOV KIMI HANSINI KI,SINDIRA BILMEDILER.COX YAXIN ZAMANDA POMPESS TAPILMAYACAQ,LUKAWENKO CANI

t.ədalət 2019-03-05 21:15:10

Oğlunuzu zorla müxalifet etme9yin.Qoyun öz yolunu tapsın.Bir hüquq eksperti olub insanlara böyük xeyir vere biler.

Son yazılar