Menu

Göyçayda gənc oğlan başına ağac budağı düşməsi nəticəsində ölüb - FOTO

20.03.2019, 23:20
Göyçayda gənc oğlan başına ağac budağı düşməsi nəticəsində ölüb - FOTO

Göyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.

1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb. Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol