Menu

“Citigroup” Venesuelanın qızılını satacaq

21.03.2019, 15:29
“Citigroup” Venesuelanın qızılını satacaq

Amerikanın nəhəng şirkəti “Citigroup” Venesuelanın ödənilməmiş kreditini bağlamaq üçün onların təqdim etdiyi qızılı satacaq.

“Report” xarici KİV-ə istinadla xəbər verir ki, söhbət 1,6 mlrd. dollar məbləğində kreditdən gedir.

Venesuela hökuməti martın 11-ə qədər 1,1 mlrd. dollar məbləğində kreditin birinci hissəsini geri qaytarmalı idi.

Xatırladaq ki, xarici KİV-lərdə Türkiyə şirkətinin Venesuela prezidenti Nikolas Maduroya ölkədən 900 mln.dollar həcmində qızıl çıxarmasına köməklik etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol