Menu

Bakıda sərnişin avtobusu qəzaya uğradı

25.08.2014, 14:54
Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bu gün Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Dairəvi yolun "Sədərək" ticarət mərkəzinə düşən hissəsində 196 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu "Mercedes E Class" markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bir neçə nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşən avtobus Xırdalan şəhəri ilə Lökbatan qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol