Menu

Bakıda mağaza müdirinə silahlı hücum

25.08.2014, 16:02
Bakıda mağaza müdirinə silahlı hücum

Müdiri silahla hədələyən Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda mağazadan oğurluğa cəhd edən şəxs tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 24-də Səbail rayonu ərazisində yerləşən “Komputerx” mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərmiş naməlum şəxs oranın sahibi Əhməd Nacizi ilə rastlaşdığından tapança ilə onu hədələyib hadisə yerini tərk edib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulmuşdur.

Ondan qaz tapançası və 6 ədəd patron götürülüb.

Faktla bağlı araşdrma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol