Menu

“Ən yaxşı müəllim” 1 million dollar mükafat aldı - Dubayda

25.03.2019, 09:41
“Ən yaxşı müəllim” 1 million dollar mükafat aldı - Dubayda

Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub.

ONA-nın Dubayın rəsmi mətbuat xidmətinə istinadən yaydığı xəbərinə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 million dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb.

Mükafatlandırma mərasimini amerikalı aktyor Xyu Djekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Xəmdan ibn Məhəmməd Əl-Maktum verib.

36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir.

“Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-çi ildən indiyalı Sanni Varkeyin xeyriyə fondu tərəfindən verilir.

Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə gəlıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol