CCTV televiziya kanalının saytında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bredian şəhərinin satışa çıxarılması barədə elan vardır. Bu barədə AzərTAc newsland.com saytına istinadən xəbər verir.
Bredian şəhərinin əsası keçən əsrin 30-cu illərində, qızılçıxarma şaxtasının yaxınlığında qoyulmuşdu. Burada şaxtaçılar və onların ailələri yaşayırdı. 1971-ci ildə şaxta bağlandıqdan sonra bütün sakinlər şəhəri tərk etdilər.
Sövdələşmənin həyata keçirilməsi ilə məşğul olan rieltor Con Lourens qeyd edib ki, şəhərcik ailəvi istirahət üçün ideal yerdir. O bildirib ki, Bredianla artıq təqribən 30 potensial alıcı maraqlanıb.
Bazar analitikləri öz növbəsində bildirirlər ki, baxımsız şəhərə yüksək qiymət qoyulub, çünki Bredianın yenidən qurulması və bərpası xeyli xərc tələb edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Şərhlər