Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovun "Report"a verdiyi məlumata görə, müşavirədə bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar BŞİH tərəfindən xüsusi komissiyanın yaradıldığı qeyd olunub.
Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş diqqətə çatdırılıb, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatlıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcudluğu bildirilib. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən fotomateriallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb.
Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.
Müşavirədə həmçinin qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.
Qeyd olunub ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaq.
Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunub.

Şərhlər
Eldar muəllim məncə ən böyuk biabirciliq Qobustan qəsəbəsindədir.Nəzərinizə catdirmaq istəyiriq ki biz Qobustanda zibil qablari yoxdur.Baki şəhərində kucələrdə yeni məişət qablari kucələrdə artiq qoyulub. Bizim qobustan qəsəbəsində və onun ətrafinda nəih ki zibil qablari bəzi yaşayiş yerində isə zibil yerləri təyin edilməyib.biz aciq desək zibillikdə uzuruk.qəsəbə sovetləri və məsul şəxslər xalqa xidmət etmir.uşaqlar artiq zibillikdə oynayir.Vəzifəli şəxslər bunu görmur sanki.kecib baxmaga dəyər məncə
ELDAR M BIZ QARADAG RAYONUN QOBUSTAN QƏSƏBƏSİNİ 61 KM BAG YAŞAYİŞ MASSİVİNİN SAKİNLƏRİ SİZİN PAYTAXTDA APARDİGİNİZ İŞLƏRİN COX BƏYƏNİRİK.SİZDƏN ARTİQ DƏRƏCƏDƏ XAHİŞ EDİRİK Kİ BİZİM BAG MASSİVİNƏ DƏVƏT EDİRİK.BİZİ BU ZİBİLLİK MƏKANİNDAN XİLAS EDİN.BİZ SİZİN İŞİNİZİN GƏRGİN AGİR VƏ CƏTİN OLDUGUNU ANLAYİRİQ.RİCA EDİRİK BİZƏ DƏ VAXT AYİRİN ZƏHMƏT OLMASA.MƏN BU MURACİƏTİMİ SULEYMAN M DƏ ETDİM.UMUDVARAM Kİ SİZ BU MƏSUL ŞƏXSLƏRİ XALQA XİDMƏT ETMƏYƏ MƏCBUR EDƏCƏKSİZ.BİZ SAKİNLƏR SİZƏ İNANİRİQ
Eldar müəllim sən bir donub Xətai rayonunda olan biabircliğa da baxsana? İHB isdən azad olunub onun səlahiyyəti rayona dağ cəkənlərdən birincisi olan Rafiqə tapşırılmasına baxmayaraq rayonda qanunsuz tikinti və bərbad zibilliklər tüğyan etmirmi?
Sabunçu rayonunun Albaliq ərazisində və Maştağa qəsəbəsinin əksər yerlərində konteyner yoxdur.Camaat zibili yollarin kənarina kimsəsiz tor paqlara atir.
Biz, Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ev 39-un sakinləri adından bildirir və xahiş edirik ki evimizin yaxınlığında yerləşən zibil yığılan yeri normal vəziyyətə gətiirəsiniz. Zibillik elə vəziyyətdə quraşdırılıb ki külək olan zaman (bildiyiniz kimi Lökbatanda da külək demək olar ki hər gün əsir) zibillər bir başa evin bloklarına dolur. Bu vəziyyət neçə illərdir ki davam edir və dəfələrlə əlaqədar təşkilatlara bildirsək də xeyri yoxdur.