Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə bu gün rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi məsələsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati dairələr üzrə başçının nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal İstismar İdarəsinin, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edilib. İşində buraxdığı ciddi nöqsanlara görə Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad olunub.
Süleyman Mikayılov “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul edildiyini bildirərək, rayonun texniki potensialından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılması, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sistemində olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair öz tapşırıqlarını verib.
Bundan əlavə rayon icra hakimiyyətinin başçısı rayon əhalisi arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi işlərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.


Şərhlər
Biz, Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ev 39-un sakinləri adından bildirir və xahiş edirik ki evimizin yaxınlığında yerləşən zibil yığılan yeri normal vəziyyətə gətiirəsiniz. Zibillik elə vəziyyətdə quraşdırılıb ki külək olan zaman (bildiyiniz kimi Lökbatanda da külək demək olar ki hər gün əsir) zibillər bir başa evin bloklarına dolur. Bu vəziyyət neçə illərdir ki davam edir və dəfələrlə əlaqədar təşkilatlara bildirsək də xeyri yoxdur.
BIZIM QOBUSTAN QƏSƏBƏSİNDƏ VƏ BAGLİ BAG MASSİVLƏRİNDƏ ZİBİL DAŞİNMİR.ZİBİL TƏKCƏ MAGİSTRAL YOL QİRAGİNDA YANDİRİLİR.İCƏRİ TƏRƏFLƏRDƏ SANKİ İNSAN YAŞAMİR.AMMA İCƏRİLƏR ZİBİLLİK DİYARİNA CEVRİLİB SULEYMAN M.UZAGA GETMƏK LAZİM DEYİL ZİBİL HƏFTƏDƏ BİR DƏFƏ GÖRUNƏN YERDƏ YANDİRİLİR.ZİBİL MAŞİNİ HƏR GUN DAŞİMAQ ƏVƏZİNƏ ÖARABDİR İŞLƏK VƏZİYYƏTDƏ DEYİL DEYİRLƏR.QƏSƏBƏ SOVETİ VƏ MƏNZİL İSTİSMAR İDARƏSİ RƏİSİ HEC VAXT ƏRAZİDƏ OLMURLAR.AMMA ZİBİL TULLANTİSİ UCUN ZİBİL PULU YİGİLİR.
SULEYMAN M SİZDƏN BUTUN SAKİNLƏRİN ADİNDAN YAZARAQ XAHİŞ EDİRƏM QOBUSTAN QƏSƏBƏSİNİ VƏ 61KM BAG MASSİVİNİ ZİBİLLİKDƏN AZAD ETMƏK UCUN GÖSTƏRİŞ VERƏSİZ.BU QƏSƏBƏ VƏ BAG MASSİVİNƏ RƏHBƏR İŞCİLƏRİN AYAGİ DƏYMİR..DEMƏK OLAR BU QƏSƏBƏ VƏ 61 KM TAMAMİ İLƏ UNUDULUB.QƏRARİNİZİ DƏSTƏKLƏYİRİK .SİZDƏN XAHİŞ EDİRİK ARTİQ DƏRƏCƏDƏ BİZİM 61 KM GƏLİB ÖZ GÖZUNUZLƏ GÖRƏSİZ BU BİABİRCİLİGİ..ZİBİL BİZİM EVİMİZƏ QAPİMİZA KİMİ BAŞ ALİB GEDİR.İLQAR M İSƏ İŞİ O DA MAGİSTİRAL YOLUN KƏNARİNİ ZİBİLLİKLƏRİ YANDİRMAQLA BİTİR.21 ƏSR
COX pis umumiyyətlə QARADAG RAYONUN QOBUSTAN QƏSƏBƏSİNDƏ ZİBİL DAŞİNMİR.AMMA HƏFTƏDƏ BİR DƏFƏ YANDİRİLİR.SƏBƏB MAŞİN KOHNƏDİR.ZİBİL QABLARİ YOXDUR VƏ YERİ TƏYİN OLUNMAYİB.MƏN QOBUSTANİN 61KM DEYİLƏN BAG MASSİVİNDƏ YAŞAYİRAM İNANİN ZİBİL ƏLİNDƏN GƏZMƏYƏ YER YOXDUR.ZİBİL QABLARİ YOXDUR.AMMA AYDA BİR DƏFƏ QOBUSTANİN YEK RƏİSİ İLQAR MUƏLLİM ÖZ İŞCİLƏRİNİ (QADİNLARİ)QAPİ QAPİ SALİB HƏR EVDƏN 2 MANAT PUL YİGDİRİR.SULEYMAN M.COX XAHİŞ EDİRƏM SİZ 61KM GƏLİN.GƏLƏ BİLMƏSİZ MƏN ŞƏKİLLƏRİ SİZƏ GÖNDƏRƏCƏM VƏ PAYLAŞACAM