“AzPolitika.info” xəbər verir ki, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qırğınının əsas təşəbbüskarlarından biri olan SSRİ-nin son müdafiə naziri və son marşalı Dmitri Yazov Litva məhkəməsi tərəfindən qiyabi olaraq, mühakimə edilib. Vilnüs məhkəməsi onun 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb.
Litva hüquq-mühafizə orqanları artıq bir neçə ildir ki, 1991-ci ilin 13 yanvarında Sovet qoşunlarının Vilnüsda törətdiyi qırğınla bağlı istintaq aparır. İşdə 67 nəfərin adı keçir ki, onların da böyük əksəriyyəti Rusiya vətəndaşlarıdır. 94 yaşı tamam olan və hələ də yaşayan yeganə sovet marşalı D.Yazov hərbiləşdirilmiş dəstə formalaşdıraraq, Litvanı SSRİ-nin tərkibinə qaytarmaq cəhdində günahlandırılır.
Lakin bu işlə bağlı real olaraq, yalnız 2 nəfər həbs edilib. Bunlardan biri hələ də Litvada yaşayan o vaxtkı 107 nömrəli hərbi hissənin qərargah rəisi Q.İvanov və istefada olan Yuri Mel adlı bir rus polkovnikidir. İkincinin Litva paytaxtına hücum edən tankların birinin komandiri olduğu müəyyən edilib.
Bundan başqa, DTK zabiti, «Alfa» qrupun sabiq komandiri Mixail Qolovatov da cəzalandırılıb - o, 12 il azadlıqdan məhrum edilib. İş üzrə hər iki fiqurant hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə günahkar elan olunub. Litva tərəfinin rəsmi versiyasına görə, 13 yanvar 1991-ci il tarixində sovet hakimiyyəti Litvada yerli hakimiyyəti yıxmaq cəhdi ilə gücdən istifadə edib. Litva hakimiyyəti 1990-cı ilin martında SSRİ-nin tərkibindən çıxmaq barəd qərar qəbul etmişdi. Həmin gün sovet hərbçilərinin hücumu nəticəsində teleqüllədə, radio və televiziya Komitəsinin Vilnüsdəki binasında 14 nəfər həlak olub, 30-dan artıq insan ağır yaralanıb, ümumilikdə isə 1000 nəfərdən artıq insan zərər çəkib.
Onu da qeyd edək ki, bu istintaq Rusiya ilə Litva arasında diplomatik gərginliyə səbəb olub və Rusiya İstintaq Komitəsi cavab addımı olaraq, işi aparan prokurorluq və məhkəmə orqanları təmsilçilərinə qarşı cinayət işi qaldırıb.
Həmin bu Yazov 1990-cı ildə Bakıda 20 yanvar qətliamını bilavasitə həyata keçirən səlahiyyətli şəxs olub. Amma nədənsə Azərbaycan tərəfi hələ də ona qiyabi olsa da məhkəmə qurmayıb...
AzPolitika.info


Şərhlər
D.Yazov Siyasi asger idi. E.Qafarova, A.Vezirov bildirirdiler ki, Moskva ile danishiga gore Bakida Fovqalade veziyyet olmayacaq. Bes, Kreml ordunu Bakiya hansi esasla yeritdi? Indi Q.Huseynli yazir ki, isgalci ile muharibe etsek qarsimizda Rusiyani goreceyik? Bu hay narahatligi ve ya agentliyimi? 2016nin Aprelinden sonara bir jurnalistin sualina V.Putin cavab vermisdi ki, biz Qarabag munaqishesine qarishmayacagiq." Her ehtimali nezere almaq vacib olsa da, siyasi sarsaqliq satqinliqla eyni facieni verir.
3 miyonluq Litva qiyabi də olsa bunu edə bilir 10 miyonluq Azərbaycan hələdə Rusiyadan qorxub bu barədə hec danışmağa curəti çatmır Nə vaxta kimi biz özümüzü kölə hiss edəcəyik nə vaxt biz azad ölkə olacağıq