Menu

Tbilisi-Bakı qatarı nəzərdə tutulandan 2 saat çox sərhəddə qalıb

27.03.2019, 13:43
Tbilisi-Bakı qatarı nəzərdə tutulandan 2 saat çox sərhəddə qalıb

Martın 26-da Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarı nəzərdə tutulandan, təxminən, 2 saat çox Azərbaycan-Gürcüstan sərhədində qalıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Qonşu ölkənin Qardabani sərhəd-keçid məntəqəsində aparılan yoxlamalarla əlaqədar sərnişin qatarı Bakıya 1 saat 40 dəqiqə gecikmə ilə çatıb", - mılumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol