Menu

Sumqayıtda Polad əritmə sexində partlayış olub - Ölən və yaralananlar var

27.03.2019, 21:24
Sumqayıtda Polad əritmə sexində partlayış olub - Ölən və yaralananlar var

Sumqayıtda Polad əritmə sexində partlayış olub, ölən və yaralananlar var

“Report”un Sumqayıt- Abşeron bürosun məlumatına görə, Hadisə İnşaatçılat qəsəbəsi keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən Polad əritmə sexində baş verib.

Belə ki, Partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu , 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol