Menu

Argentinanın keçmiş prezidenti barəsində həbs qərarı çıxarılıb

28.03.2019, 00:27
Argentinanın keçmiş prezidenti barəsində həbs qərarı çıxarılıb

Argentinanın keçmiş prezidenti Karlos Menem 3 il 9 ay həbs cəzasına məhkum edilib.

"Report" "Nacion" portalına istinadla xəbər verir ki, elan olunmuş məhkəmə hökmünə görə, 88 yaşlı keçmiş prezidentə həyatının sonuna qədər dövlətdə vəzifə tutmaq qadağan edilib.

Onunla birgə keçmiş iqtisadiyyat naziri Dominqo Kovalio da həbs edilib. O, 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2013-cü ildə K. Menem Ekvador və Xorvatiyaya silah qaçaqmalçılığında ittiham olunaraq barəsində 7 il azadlıqdan məhrum edilmə hökmü çaxarılmışdı. Lakin Argentina Federal Məhkəməsi bu hökmü 2018-ci ildə ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol