Menu

Bakıda bir ailəni bıçaqdan keçirdilər: ölən və yaralananlar var

26.08.2014, 10:30
Bakıda bir ailəni bıçaqdan keçirdilər: ölən və yaralananlar var

Hadisənin kim tərəfindən törədilməsi məlum deyil

Bakıda qətl hadisəsi törədilib. Ötən gecə saat 21.00 radələrində Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Abdullayev Ülkər Eynulla qızı, 1962-ci ildə doğulan Abdullayev Tərlan Rəhman oğlu, onun övladı 1987-ci il təvəllüdlü Abdullayev Rəhman Tərlan oğlu və 1988-ci ildə doğulmuş Qədəşov Cahid Vahid oğlu naməlum şəraitdə bıçaqlanıb.

Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Abdullayev Ülkər Eynulla qızı dünyasını dəyişib.

Hadisənin Ü.Abdullayevin həyat yoldaşı tərəfindən törədildiyi ehtimal olunur. /aznews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol