Menu

Türkiyə yeni nəsil pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq

28.03.2019, 23:28
Türkiyə yeni nəsil pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq

Türkiyə yaxın 6 ay ərzində yeni nəsil pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq.

ONA-nın məlumatına görə, bunu bu gün gənclərlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, çəkisi 5 ton olacaq pilotsuz təyyarə 1,5 ton ağırlığında partlayıcı maddə daşıyacaq. Ərdoğan yeni pilotsuz təyyarənin Türkiyənin ölkə daxilində və sərhədlərindən kənarda terrorla mübarizəsinə böyük töhfə verəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol