Menu

Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ ucuzlaşıb

28.03.2019, 23:27
Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ ucuzlaşıb

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, martın 28-də qızılın qiyməti martın 27-i ilə müqayisədə 6,613 manat azalaraq 1 unsiya üçün 2228,3515 manat təşkil edib.

Gümüş 0,1717 manat ucuzlaşaraq 1 unsiya üçün 26,0241 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 7,786 manat azalaraq 1455,8545 manat, palladiumun qiyməti isə 166,9145 manat azalaraq 2464,32 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol