Menu

Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək - VİDEO

29.03.2019, 00:12
Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək - VİDEO

2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Xezerxeber.az bildirir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun dediyinə görə, beynəlxalq təcrübədən istifadə edilərək hazırlanan yeni qanun layihəsinin tətbiqi üçün əlililyi təyin edən həkimlərə təlimlər keçiriləcək.

S.Babayev sosial müavinət və təqaüd artımları ilə bağlı məlumat verərək bildirib ki, bu artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Vətəndaşlar bu ayın ödənişini artımla bərabər ala biləcəklər.

Nazir iş və işçi axtaranlar üçün əvəzsiz elektron xidmət olacaq ''Məşğulluq alt sistemi''nin yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.

Sahil Babayev şəhid vərəsələrinə birdəfəlik ödənişdən də danışaraq bildirib ki, artıq 7800 vərəsəyə ödəniş edilib və 400 polis şəhidə görə ödənişin ediləcəyi təsdiqlənib.

Bu gün Əmək və əhalinin sosiaş müdafiəsi naziri və nazirliyin əməkdaşları həm də Azərbaycanda aparılan sosial islahatlar barədə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini məlumatlandırıblar.

Şərhlər

EJDER 2019-03-29 00:12:49

SAHILE CIXDI,MOTROS.XARICI DIPLOMATLARA MELUMAT VERMEK...HA HA HA ,BOW BOW WEYLERI TEKRARLAYIRSINIZ.YAXWISI BUDUR KI,WIKWYETLERE CAVAB VERIN...HA HA HA 2050 CI ILDE NAOLACAQ,CAMAATA MELUMAT VERIN...NAQIL DANIWIN.KOL O KOL DEYIL,LUKAWENKO CANI

İqtisadçı 2019-03-29 00:12:49

Sahil bəy yeni meyar dedikdə nə başa düşür? Əlil uzaqdan görünür ki, əlildir.Gözü görmür,Qulağı eşitmir,əli,ayağı işləmir və ya hadisə nəticəsində kəsilib,dəlidir və s. Bunu təyin etməyə hansı yeni "meyar " gərəkdir.Görünən dağa nə bəədçi?Belə düşüncəsiz çıxışları ilə özünün bu işə yaramadığını sübut edir.Minimum pensiya Hadı Rəcəbov kimi bisavad,təsadüfi deputat kimilərinin sayəsində ağılsız rəqəm idi.Bunu artırmaqla lovğalanmaq,yalandan guya 4-5 yüz min adamın pensiyasının artdığını söyləmək gülünc deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol