Menu

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qaydalar təsdiq edildi

29.03.2019, 14:18
Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qaydalar təsdiq edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.

Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Şərhlər

Adil 2019-03-29 14:18:53

Təzə şəxsiyyət vəsiqələrindəki şəkillər ağ-qara formatda və keyfiyyətinə görə keçən əsrin 30-cu illərində çəkilən şəkillərdən də geri qalır..Halbu ki, bütün dünya artıq FULL HD formatına keçib..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol