Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.


Şərhlər
bu ölkədə vəkillərin sayı azı 15 dəfə artırılmalıdır, daha 171 bəfər yox..onda demək olardı ki, məhkəmə islahatı başlayıb, kosmetik təmiri yox..
Deyin bir az yavaşısınlar. Adamsız və pulsuz dalşe gedə bilməyəcəklər
Bu ölkədə kosmetik olaraq nöyüt 150 dollar olanda İçərişərdə daşları sürtdülər. Vəssalam. Qalan vaxtlar yapizmin işi ancaq imitasiyadır.