HƏBSDƏN ÇIXIB AZAL-ın TƏRƏFDAŞI OLANLAR - Yeni yaradılan şirkətlər böyük məbləğdə satınalmalara qoşulub

“Azərbaycan Hava Yolları” QSC dəyəri yüz milyonlarla dollar olan təyyarələri alanda, Bakıda, Qəbələdə, Zaqatalada, Lənkəranda aeroportlar inşa edəndə və oradakı xidmət obyektlərini icarəyə verəndə satınalma prosedurlarına əməl etməyə əhəmiyyət vermir. Bu həqiqəti Hesablama Palatası öz rəylərində xüsusi qeyd edir. Aviaşirkət uzun fasilədən sonra - 2017-ci ilin sonuncu rübündən etibarən aşağı məbləğli satınalmaların müsabiqəli əsaslarla təşkilini bərpa edib. Amma bu da var ki, hava limanları infrastrukturunun işlək vəziyyətdə qalması ilə bağlı satınalma müsabiqələrinin təşkilində müəyyən şübhəli məqamlar mövcuddur. Qaliblər arasında peşəkarlığı illərin sınağından çıxmış şirkətlərlə yanaşı, “bu gün yaranıb, sabah işə başlayan”, sahibi bilinməyən, mənfi reputasiyalı şəxslərin direktor təyin olunduqları və məqsədi bir qayda olaraq vergidən yayınmaq olan “süzgəc” şirkətlər də var.

Bu il yanvarın sonu-fevralın əvvəlində AZAL bir neçə satınalma müqaviləsini ləğv edib. Buna əsas kimi işi üzərinə götürmüş şirkətlərin fəaliyyətini dayandırdığı göstərilir. Bunun belə olub-olmadığını müəyyən etmək çətindir: Həmin müsabiqələrdə qalib gələn şirkətlərin (“KOSIRANO” MMC, “DIRECT COMPANY” MMC, “BARIS LL” MMC və “KRONOS COMPANY” MMC) nə telefon nömrəsi var, nə də internet səhifəsi. Şirkətlər fəaliyyətlərinin dayandırılması səbəbindən müqavilələri icra edə bilməyəcəkləri haqda AZAL-ı özləri xəbərdar edib. Müqavilələr bağlansa da, aviaşirkət tərəfdaş seçdiyi qurumlara pulu ödəməyib. Bu səbəbdən AZAL onlara qarşı cərimə sanksiyası tətbiq etməyib. Bunu AZAL-dan deyiblər.

Jurnalist təhqiqatı gedişində o da məlum olub ki, ləğv olunmuş müqavilələrin predmeti üzrə bu ilin fevral ayında keçirilən yeni müsabiqələrdə də “eyni qəlibdən çıxmış” şirkətlərə üstünlük verilib. Onlarla bağlanmış müqavilələrin qiyməti isə qəpiyinədək öncəkiləri təkrarlayır.

Amma məsələ bununla bitmir. Müxtəlif şirkətlərin eyni arqumentlə öhdəliklərini icra etməkdən müəmmalı şəkildə yaxasını kənara çəkməsi faktı araşdırılarkən maraqlı nüanslar ortaya çıxıb. Məlum olub ki, “işin öhdəsindən gələ bilməyən” şirkətlərin və onlara bağlı olan şəxslərin başqa dövlət təşkilatarı ilə də işbirliyi varmış... Və milli aviaşirkətlə işbirliyində girişən bu qurumlar biznesə “ağ səhifədən” başlayıbmış.

...Hər şey klassik ssenari üzrə gedib. Adı çəkilən şirkətlərin hamısı AZAL-ın satınalma müsabiqələrinə qatılmağa az qalmış yaradılıb. Şirkətlərin direktorları eyni tarixlərdə 5-10 manat kapitalla təsis olunmuş daha bir neçə şirkətin rəhbərləridir. Onların qeydiyyat ünvanı isə biznes mərkəzləri deyil, fərdi mənzillərdir. Lakin bu amillər adları açıqlanmayan rəqiblərinə üstün gəlməkdə onlara mane olmayıb.

Həbsdən çıxıb AZAL-la tərəfdaş olan iş adamları

Emzar Alatxan oğlu Məmmədov “Kronos Company” MMC-nin direktorudur. Şirkət 15 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Həmin gün eyni ünvanda (Bakı şəhəri, Ağa Nemətulla küçəsi, ev 24, mənzil 32) Emzarın direktor təyin olunduğu daha bir neçə şirkət (“Perses” MMC, “İperion” MMC, “ASTORIA 2018” MMC və “Asteria Company” MMC) yaradılıb. “Kronos Company” MMC AZAL-ın Gəncə Beynəlxalq Hava Limanı üçün su ötürücüsü və onun ehtiyat hissələrinin satın alınması məqsədilə dekabrın 3-də elan etdiyi kotirovka sorğusunun qalibi seçilib və onunla 21 min 725,80 manat dəyərində müqavilə bağlanıb. İki ay sonra, fevralın 5-də AZAL müqavilənin pozulduğunu açıqlayıb.

Saytdan çıxarış

Saytdan çıxarış (Mənbə: tender.gov.az)

Fəaliyyətini dayandırmasını əsas gətirməklə AZAL-ın işinin icrasından yayınan bu şirkət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə eyni günlərdə (dekabrın 6-da) müqavilə imzalayıb. O, 8 min 769.80 manat dəyərində mal və materialları çatdırmağı öhdəsinə götürüb. İnstitutun tender komissiyasında deyilənə görə, burada problem yaşanmayıb və “Kronos Company” MMC elmi tədqiqat işləri üçün tələb olunan malları vaxtında çatdırıb.

Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi balansında olan bir neçə (122, 122A, 124, 126 və 3A saylı) yaşayış binalarının cari təmirini “İperion” MMC-yə tapşırıb. Dekabrın 11-də bu məqsədlə bağlanmış müqavilənin dəyəri 35 min 32,50 manatdır. Bu şirkətin də direktoru Emzar Məmmədovdur. Bəs Emzar kimdir?

Mənbələrin tədqiqi onun kriminal keçmişindən xəbər verir. Nərimanov Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə, o, AR CM-nin 177.1-ci maddəsilə (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) məhkum olunub və 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə isə bəraət alıb. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti həmin ilin mayında təmin olunmayıb və qüvvədə saxlanılıb. Lakin dövlət satınalmalarının reyestrindən görünür ki, həbsdən sonra Emzar Məmmədov “uğurlu iş adamına” çevrilib.

29 yaşlı Masallı rayon sakini Elvin Etibar oğlu Səlimbəyli 2015-ci ildə dələduzluqda ittiham edilərək https://goo.gl/xVzU7Y həbsə düşüb. 2018-ci ilin mayında isə, o, artıq 5 şirkətin (“CALLISTO” MMC, “Estella”, “TITANIA NF”, “Pandora ND” və “OPHELIA” MMC-lər) direktoru idi. Onun rəhbərlik etdiyi şirkətlərin tərəfdaşları arasında “Azərbaycan Hava Yolları” QSC, Daxili İşlər Nazirliyi və Siyəzən Rayon İcra Hakimiyyəti də var. Dövlət satınalmalarının reyestrinə görə, “OPHELIA” şirkəti AZAL-a məxsus kondisionerləri ehtiyat hissələri (1265 manat), DİN-i isə mətbəx ləvazimatları (24992 manat) ilə təchiz edib. “Estella” şirkətinə Siyəzəndə bayram tədbirlərinin təşkili üçün 24100 manat ödənilib. Vergilər Nazirliyi adı çəkilən beş şirkətin dövlət büdcəsinə ümumilikdə 29 281 manat ödənilməmiş vergi borcunun olduğunu bildirir.

“Ümumi dostların” məsləhəti ilə tapılan şirkət

“Kosirano” MMC Bakı Beynəlxalq Aeroportu üçün 4 ədəd mühərrikin alınması üçün dekabrın 10-da keçirilmiş müsabiqədə qalib gəlib. Şirkət mühərrikləri AZAL-a təqdim etməyə və buna görə ondan 16 100 manat almağa razılaşıb. Vaxt keçib, amma mal gəlib çıxmayıb. Nəhayət, yanvarın 25-də aviaşirkətin müsabiqə komissiyası elan edib ki, “qalib şirkətin fəaliyyətini dayandırması səbəbindən” müqaviləni ləğv edib.

Amma “Kronos Company” MMC kimi bu şirkətin də AMEA-nın başqa bir qurumu ilə (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu) dekabrın 14-də avadanlığın alınmasına dair bağladığı 19 126 manatlıq müqaviləni icra etdiyi bildirilir. Akademiyanın institutu “Kosirano” MMC ilə müqaviləni bağlamazdan öncə hər hansı satınalma müsabiqəsi elan etməyə lüzüm görməyib. Lakin bu zaman təbii sual yaranır: AMEA-nın institutu bu şirkəti necə “tapıb”?

Məsələ burasındadır ki, satınalmalar sahəsində qüvvədə olan normativ aktlara əsasən, kotirovka sorğusunda iştirak üçün yazılı müraciət o şirkətlərə (sayı üçdən az olmamaqla) göndərilə bilər ki, onların satın alınan malın (iş və xidmətlərin) təchizatı sahəsində müəyyən təcrübəsi və bu səbəbdən onlar ilk “yada düşənlərdən” olsun. İnstitutun ümumi şöbəsində jurnalistə deyiblər ki, bu şirkəti “ümumi tanışlar məsləhət görüblər”. “Kosirano” MMC isə ötən ilin oktyabr ayının 11-də qeydiyyatdan keçib və iki ay sonra dövlət satınalmalarına dəvət olunub. Həmin gün bu şirkətlə bərabər Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, ev 30B ünvanında daha bir neçə şirkət (“ASLKHOMI” MMC, “ASBONITA” MMC və “Letkors” MMC ) dövlət qeydiyyatına alınıb. Onların hamısına bir şəxs – Faiq Ümüdvar oğlu Hüseynov rəhbərlik edir.

“Etibarsız” “Barıs LL”

Etibarsız malgöndərənlərdən biri də “BARIS LL” MMC-dir. Noyabr və dekabr aylarında, o, AZAL-la ümumi dəyəri 31587,21 manat olan üç müqavilə bağlayıb.

Bildiriş

Bildiriş(Mənbə: tender.gov.az)

Satın alınan ehtiyat hissələri və mal-materiallar Qəbələ və Bakı beynəlxalq hava limanlarının istilik sistemləri, eləcə də Bakı aeroportunun rabitə qovşaqları və kommutasiya sistemləri üçün tələb olunurdu. Aylar, həftələr keçsə də, şirkət malları təhvil vermir. Yanvarın son günlərində AZAL eyni arqument (fəaliyyətin dayandırılması) gətirən bu şirkətlə də müqavilələrə xitam verir. Bu müqavilələrdən biri (xüsusi təyinatlı anqar kompleksinin istilik qazanlarına ehtiyat hissələrinin təchizatı) fevralın 13-də başqa bir şirkətə - “FUJİ-LTD” MMC-yə təqdim olunub.

Çıxarış

Çıxarış (Mənbə: tender.gov.az)

“FUJİ-LTD” MMC AZAL-ın bu müqavilə üzrə keçmiş tərəfdaşı (“BARIS LL”) ilə müqaviləni bağlamazdan bir həftə öncə - dekabrın 10-da yaradılıb. Onun direktoru (Solmaz Xanlar qızı Abıyeva) həmin gün daha üç şirkətin (“MECKINLEY”, “Tetan” və “Nanqa” MMC-lər) yaradılmasında iştirak edib.

“BARIS LL” MMC-yə gəlincə, o, 2018-ci ilin iyul ayının 26-da Bakı şəhəri, Xocahəsən yolundakı fərdi evlərdən birində yaradılıb. Ondan bir gün qabaq Xocahəsən yolunda 5 fərqli ünvanda 53 yaşlı Mübariz Baxşeyiş oğlu Muradovun direktor olduğu daha beş şirkət (“Venera S” MMC, “SV TECHIZAT” MMC, “Terkoda” MMC, “FINETECH” MMC və “VEKTOR TRADING” MMC) qurulub.

Onlardan üçü sentyabr və oktyabr aylarında dövlət satınalmalarında iştirak edib. “SV TECHIZAT” şirkəti Ədliyyə Nazirliyi Tibb Baş İdarəsini 48 000 manat dəyərində vərəm əleyhinə respiratorlarla təchiz edib. Bakı şəhəri Baş Polis İdarəsi oktyabr ayının 9-da adı açıqlanmayan avadanlıqların təmiri və texniki servis xidməti üçün təkliflər sorğusu elan edir və beş gün sonra “VEKTOR TRADING” MMC ilə 112 600 manatlıq müqavilə bağlayır. Mənzil İnşaatı Dövlət Agentliyi isə bu qrupa daxil olan “FINETECH” MMC-yə 5810,10 manat dəyərində mal-materialların alınmasını tapşırıb. Bu şirkətlər də nümunəvi vergi ödəyicisi deyil və dövlət büdcəsinə 8102 manat borcu ödənilməmiş qalır.

26 yaşlı işadamının “bir əli göydədir, bir əli yerdə”

“DIRECT COMPANY” MMC 26 yaşlı Vüqar Kamandar oğlu Məmmədovun Bakı şəhərində 6 müxtəlif ünvanda ötən ilin sentyabr ayının 24-də yaradılmış 6 kommersiya qurumundan biridir. AZAL-ın məlumatına görə, bu şirkət noyabr və dekabr aylarında onun 3 kotirovka sorğusunun qalibi olub. Aviaşirkətin təchizat şöbəsində onunla bağlanmış ümumi dəyəri 7427,50 manat olan 2 müqavilənin (dizel-generator üçün idarəetmə bloku və qazanxana üçün qazanın qaz tənzimləyicisinin alınması) icra edildiyini bildiriblər. Dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Aeroportunun havalandırma sisteminin təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması məqsədilə bağlanan müqavilə isə 50 gün sonra ləğv olunub. “DIRECT COMPANY” MMC də eyni səbəb göstərib: şirkət fəaliyyətini dayandırıb.

Vüqar Məmmədovun direktor kimi çalışdığı 6 şirkətdən daha ikisi 3 dövlət təşkilatının 4 satınalmasından qalib çıxıb. Onlardan biri – “Export A” MMC Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyi şəhər küçələrinin cari təmiri üçün tender elan etməzdən qabaq hələ təsis olunmamışdı. Bununla belə, bu, potensialı məlum olmayan bir şirkətlə 134 676 manatlıq müqavilə bağlanmasına maneə yaratmayıb. Küçə təmirini apardığı günlərdə (oktyabrın son ongünlüyü) həmin şirkətə Gənclər və İdman Nazirliyi gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi işlərini tapşırıb. Buna görə ona 15 000 manat ödənilib. Digər şirkət (“ZERO BIZNES” MMC) AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu üçün oktyabrda 24 450 manatlıq laboratoriya inventarı, dekabrda isə 34 100 manatlıq avadanlıq satıb. Vüqar Məmmədov həm də “Commerce S” MMC, “Promo TT” MMC və “STOK SERVICE” MMC şirkətlərinin rəhbəridir. Şirkətlərdən birinin (“ZERO BIZNES” MMC) vergi borcu 7400 manatdan çoxdur.

AZAL-ın tərəfdaşının 80 min manat vergi borcu

29 yaşlı Xırdalan sakini Ağayarov Araz Azər oğlunun direktoru olduğu, 2017-ci ilin dekabrında Masallı rayonunda yaradılan beş şirkətdən (“Bakı Təmir Tikinti”, “Azər Resurs”, “BAKU VIZION”, “Turan Group 2000” və “PRIMERA 2018” MMC-lər) birinin AZAL-la yolları kəsişib. “PRIMERA 2018” MMC 2018-ci ilin oktyabrında aviaşirkətə məxsus dizel-generator üçün dəyəri 14 min 18 manat qiymətləndirilən radiator təqdim edib.

Ümumilikdə isə bu şirkətlərdən üçünün Quba rayon Mərkəzi Xəstəxanasına avadanlıq və yumşaq inventarın alınması, Tərtər şəhərində küçə işıqlarının təmiri üçün 2018-ci ilin ikinci yarısında dövlət büdcəsindən 247,7 min manat aldığı bildirilir. Ödənilən vergilər haqda məlumat olmasa da, təkcə “Bakı Təmir Tikinti” MMC-nin vergilər üzrə külli miqdarda (79 941 manat) borcu ödənilməyib.

AZAL üçün ehtiyat hissələri, instituta meyvə tingləri

31 yaşlı Ucar rayon sakini Nazim Ülfət oğlu Şirinov 2018-ci ilin oktyabr ayının 29-da huquqi ünvanı Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 84, mənzil 5 olmaqla yaradılan beş şirkətə (“INKO PRODUCTION”, “SAPFIR-88”, “Baycan Group”, “PARADISE PRODUCTION” və “NAZIMOĞLU GROUP” MMC-lər) direktor təyin olunub. “PARADISE PRODUCTION” MMC iki ay sonra “AZALAQRO” Yevlax Aviasiya şirkətinin qaz təminatı sistemləri üçün ehtiyat hissələrinin təchizatçısı olur.

AZAL bu sifarişə görə ona 13 527 manat ödəyir. Azərbaycan Xalça Muzeyi də N.Şirinovun şirkətlərinin xidmətindən istifadə edib və “INKO PRODUCTION” MMC buna görə ondan 39 490 manat alıb. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu dünyanın bir çox aparıcı tingçilik təsərrüfatı ilə əməkdaşlıq edir. Oktyabr ayında prezident İlham Əliyevin iştirakı ilə elmi tədqiqat institutunun Qubadakı inzibati binasının yenidən qurulmasından az sonra - dekabr ayında “NAZIMOĞLU GROUP” MMC ona 45 min manat dəyərində meyvə tingləri satır. Nə qəzetdə elan verilir, nə də tender.gov.az portalında bildiriş dərc olunur.

“Prezident İlham Əliyevin göstərişi ilə Qubada, 15 hektar sahədə “Ağıllı bağ” salınır. Burada əkilən gilas, nektarin və gavalı elə sortlardandır ki, tingləri hər yerdə tapılmır. “Niyə məhz “NAZIMOĞLU GROUP” şirkətindən o tingləri almışıq” soruşursunuzsa, cavab verirəm: “Mən onları tanımıram, amma mənə deyiblər ki, filankəs bunu (meyvə tinglərini nəzərdə tutur – red.) tapa bilər. Mən ona da, başqasına da göndərirəm məktubu. İndi jurnalist kimi baxırsınız və sizə görə onların (“NAZIMOĞLU GROUP” MMC-nin – red.) potensialı yoxdur. Mənə görə isə var, onun əlaqələri genişdir. Bazarda 12 manata olan meyvə qələmini bu şirkət mənə 5 manata satdı. Tinglər təhvil verilib. Beş hektar sahədə 3333 ədəd ting basdırılıb. Gəlib baxa bilərsiniz”, - Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun baş mühasibi Aybəniz Vahabova deyib.

 Hafiz Babalı

Şərhlər

bankir 2019-03-31 15:35:49

Əminliklə deyirəm ki bunlar 1 ayliq obnalichka firmalaridir! Pul odendikden sonra nagdlashib pul kocurene neqd odenilir!Eyni zamanda da ƏDV si da satılır! Türmədən cıxanların adına, Narkomanların adına vergide bir gundə 50 belə hesab acılır! Korrupsiyanin en genis yayilmis novudur bu Azerbycanda!

Roma 2019-03-31 15:35:49

Məncə möhtərəm Cahangir müəllim (tvist rəqsinin mahir ifaçısı) bütün hərəkətləri ilə "samballı" bir şəxsiyyət olduğunu necə deyərlər təsdiq etmişdir, xüsusilə orta barmağını onu rəqs edən zaman çəkən birisinə göstərməklə...

Veteran 2019-03-31 15:35:49

Sonra da baw teyyareci daw atib bawini tutur ki, biletlerimizin qiymeti awagidir, bilet qiymeti davasi edir. Adlari cekilenlerin bu firmalarin movcudlugundan hec xeberleri bele yoxdur.

Məlahət Mürşüdlü 2019-03-31 15:35:49

Belə-belə işlər!... Həm heyrət edirsən, həm də mat qalırsan. Yazı üçün müəllifə təşəkkür edirəm

Amon 2019-03-31 15:35:49

AZAL rehberi temiz turkdu onun kimiler yuksek postlara teyin elemek lazimdi.SITAT ELMAN NESIROV

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.