Menu

Saatlıda bədbəxt hadisə baş verib

31.03.2019, 18:11
Saatlıda bədbəxt hadisə baş verib

Saatlıda 9-cu sinif şagirdi yıxılaraq ölüb.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində Saatlı rayonu Bəylik kəndində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi Tarverdiyev Rüstəm Vüqar oğlu kənd ərazisində olan su bulağının kənarında əyaqqabısını təmizləyərkən anidən arxası üstə yıxılıb. Onu dərhal Sabirabad rayon xəstəxanasına aparıblar. Buna baxmayaraq, Rüstəmin həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol