Menu

Sanksiyalar Almaniyanı da vurur

26.08.2014, 16:25
Sanksiyalar Almaniyanı da vurur

Financial Times qəzeti yazır ki, bu ilin birinci yarısında Almaniyanın Rusiyaya ixracı 15,5 faiz azalıb.

Bu, 2,8 milyard avro deməkdir. Almaniyanın Ukraynaya ixracı isə 32 faiz aşağı düşüb. Bu isə 880 milyon avrodur.

Rusiyaya ixrac Almaniyanın bütün ixracının 3 faizi olsa da bu sahədə 50 min adam çalışır. Ixracın azalmağı onların məşğulluğuna təhlükədir.

Qəzet yazır ki, Almaniya sənayeçiləri bu il Rusiyaya ixracın 20-25 faiz azalacağını bildirirlər və da onların fikrincə, Almaniya iqtisadiyyatına təsir edəcək.

Şərqi Avropa ölkələrinə Almaniya məhsulunu satan biznes lobbi qrupu olan Şərqi Avropa iqtisadi əlaqələri Komitəsi hesab edir ki, Rusiyaya qarşı sərt sanskiyalar lazlm idi. Ancaq gələcəkdə sanksiyalar spiralına daxil olmamaq üçün hər şey edilməlidir.

Alman sənayeçiləri ondan da narahatdır ki, Rusiya öz ticarətinin böyük hissəsini indi Asiya və Latın Amerikası ölkələri ilə edə bilər. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol