Menu

Azərbaycan bank sektorunun aktivləri 30 mlrd. manata yaxınlaşıb

02.04.2019, 12:16
Azərbaycan bank sektorunun aktivləri 30 mlrd. manata yaxınlaşıb

Azərbaycan bank sektorunun aktivləri 30 mlrd. manata yaxınlaşıb

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 5,1% çoxdur.

Bankların aktivlərinin 11 107,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34%-dən 37,1%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,4% artaraq 25 708 milyon manata, o cümlədən depozit portfeli 11,5% artaraq 19 118 milyon manata çatıb. Bunun 8 118,5 milyon manatı fiziki, 10 999,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,9%, şirkətlərin banklardakı vəsaitləri isə 17% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 30,1% azalaraq 347,7 milyon manata düşüb.

Sektorun cəmi kapitalı isə 9,2% artaraq 4 117,3 milyon manata çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol