Menu

PREZİDENT KEÇMİŞ NAZİRİ VƏZİFƏYƏ TƏYİN ETDİ - Rektor oldu...

03.04.2019, 13:18
PREZİDENT KEÇMİŞ NAZİRİ VƏZİFƏYƏ TƏYİN ETDİ - Rektor oldu...

Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

Modern.az-a danışan H.Əsədov bütün fəaliyyəti boyu olduğu kimi, dövlətə, dövlətçilik ənənələrinə xidmət edəcəyini açıqlayıb:

“Göstərilən etimadı doğrultmaq üçün çalışacağam”.

Şərhlər

Oğrustan bəndəsi 2019-04-03 13:18:23

Belə hakimiyyətin belə də rektoru olar. Azərbaycanda yalnız haram süd içmişlərə yer var!

Mehdi 2019-04-03 13:18:23

1959 cu ilde anadan olub.Deyesen harda anadan olduqunu yaza bilmirler.Helbet utanirlar.

Yengibar 2019-04-03 13:18:23

Inşallah bu günlerde Ziya Memmedov Polis Akademiyasına rektor geder.

Laden 2019-04-03 13:18:23

Əsədov Azərbaycan tarixində ən yaxşı K/T naziri kimi tarixə düşəcək. Çünkii bu gün də k.t nazirliyində yerinə yetirilən layihələrin hamısının təməli onun nazir olduğu vaxtdan planlaşmışdır.K.t nazirliyində rüşvətin kökünü kəsmiədir.Bütün icra başçıları nazirlikdən çəkinirdi.Çox təəsüf bu gün *ASANÇILAR* heç nə ilə yadda qalmayıb .İki uöurları olub... Birinci qalustukdan imtina olunub ikinci quzunu çomaqla yox qucaqda otarmaq lazımdı

yusif-1313 2019-04-03 13:18:23

Ölkədə dərin islahatlar daha da sürətlə aparilmaga başlayir.

Dadas 2019-04-03 13:18:23

HEYDER ESEDOV HEQIQETEN COX SAVADLI BIR MUTEXESSISDI AMMA MALIYYE UCOT SAHESINDE.ONUN UCUN DUZGUN IS HESABLAMA PALATASIYDI YAXUDDA MALIYYE NAZIRLIYI, ARDNF.DA KEND TESERRUFATI NAZIRI YOXDA

Obyektiv 2019-04-03 13:18:23

Dogrudan da, bu "deniz meseLesi.." haradan ortaya chixdi goresen?.. K/T ve maLiyye-iqtisadiyyat ishcisi hara, deniz akademiyasi hara.. )) Yeqin, Esedov denizciLikLe K/T ve maLiyye-ticaret saheLerini sintez eLeyecek.. )) Bu nedirse, gorunur yeni bir Layihedir// ..

sual 2019-04-03 13:18:23

institutu bir yerdə oxumuşuq. Əbdüləziz müəllim coğrafiyadan onu auitoriyadan qavıb iki yazmışdı. Muhasibatdan isə evm müəlimimiz vardi Vaqif Bayramov ona iki dəfə rektorski napravleniyadan sonra 3 yazib uşaqların içinde dediki a bala sen get bu instituta layiq deyilsən.İndi bax da talehin işinə.Layiq olanlar nərdə bu nərə?

t.ədalət 2019-04-03 13:18:23

Kənd təsərrüfatı naziri hara dəniz akademiyası hara.Bax,buna analoqu olmayan ölkələrdə rast gəlinir.Tıpqı bizdəki kimi!

aysberq 2019-04-03 13:18:23

Dərin islahatlar hələ bundan sonra başlayacaq. Axırıncı nöqtə isə Mahmudcanın Mərkəzi Kəşfiyyat İdarəsinə Ağa Nəçəlnik qoymaq olacaq!!!!!!!!

Adil 2019-04-03 13:18:23

Ay bunlar hökmün bir vezifede olmalıdılar?

Maarif 2019-04-03 13:18:23

Bunlar korripsiyaya görə işdən azad edilmədimi? Başa düşə bilmirəm bu nə deməkdir?

lom 2019-04-03 13:18:23

bu da derin islahat

P.H 2019-04-03 13:18:23

Mənə dəniz verin, tənha qalmışam, O, mənə ən şirin sözlər deyəcək. Mənə dəniz verin, bəlkə bu axşam, gur sular qapımı gəlib döyəcək.

Eldəniz Şahmarov 2019-04-03 13:18:23

Kənd təsərrüfatı bu düzəltdi indi də dənizi kecdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol