Menu

“ABŞ-da qərara gəlməlidirlər – ya Türkiyə, ya terrorçular...” - Türkiyə

04.04.2019, 08:32
“ABŞ-da qərara gəlməlidirlər – ya Türkiyə, ya terrorçular...”  - Türkiyə

ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır.

ONA-nın türk mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Fuat Oqtay ABŞ həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib.

“Birləşmiş Ştatlar qərara gəlməlidirlər – Türkiyə ilə müttəfiq qalmağı və yaxud dostluğu təhlükə altına qoyaraq terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, - deyə F. Oqtay bildirib.

Öncə, ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan ZRK S-400 raketlərini almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- deyə Pens bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol