«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birəşmiş Ştatları (ABŞ) və Çin Xalq Respublikası (ÇXR) arasında ticarət danışıqlarının bərpa olunması fonunda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson Pekinlə azad və doğru ticarət aparmaq istəyini bəyan edib.
Bu zaman nümayəndə qeyd edib ki, ABŞ Çini düşmən hesab etmir, amma risk dərəcəsini skurpulyoz qiymətləndirir - xüsusilə də texnologiyaların təhlükəsizliyi sahəsində.
Vaşinqton ticarət sazişi üzərində iş aparır. Sazişə əsasən, Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əməl edəcək.
Hökumət başçısının müavini Lyu Xe başda olmaqla, Çin nüayəndə heyəti çərşənbə günü Vaşinqtonda ticarət sazişi üzrə danışıqları bərpa etməli idi. Sənəd razılaşmanın final mərhələsindədir.
«The Financial Times» nəşrinin xəbər verdiyi kimi, tərəflər Çin mallarına tətbiq olunmuş 250 milyard dollarlıq rüsumun ləğvi barədə razılığa gəlməlidirlər. Ancaq ABŞ prezidenti Donald Tramp Çinə təzyiq vasitəsi kimi, həmin rüsumun bir hissəsini qüvvədə saxlamaq isiəyir.


Şərhlər