Menu

54 yaşlı kişini avtobus vuraraq öldürüb

04.04.2019, 10:42
54 yaşlı kişini avtobus vuraraq öldürüb

Sumqayıtda 54 yaşlı kişini marşrut avtobusu vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron müxbiri xəbər verir ki, hadisə 2 gün əvvəl qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu 7 nömrəli marşrut avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol