Bakı şəhərində fəaliyyət göstərən bir çox klinikalarda müxtəlif xəstəliklərlə bağlı analizlərin qiymətləri arasında az qala uçurum var. Analizlər qiymətləri bir-birindən kəskin şəkildə fərqlənir.
Eyni analizə bir klinika, misalçün, 1 manat istəyirsə, başqa bir klinika həmin analizə görə 5 manat tələb edir. Bəs, bunun səbəbi nədir? Analiz qiymətlərinin daha yüksək olduğu klinikalarla qiymətlərin aşağı qiymətə olduğu klinikaların verdiyi nəticələr arasında da fərq varmı? Bəlkə qiymətlərin nisbətən daha ucuz olduğu xəstəxanalar xəstələrə yanlış diaqnozlar qoyur?
Misalçün, oxucularımızdan biri hepatit xəstələri üçün təyin edilən polimeraz zəncir reaksiyası analizi (PZR) üçün "Baku Clinik”də 240 manat, "Sağlam Ailə” klinikasında 128 manat, "Medicus” klinikasında isə 78 manat istədiklərini bildirib.
Medicina.az klinikaların həyata keçirdiyi sözügedən analizin bir-birindən nə ilə fərqləndiyini və bu analizlərin qiymət fərqinin nəyə əsaslandığını aydınlaşdırmağa çalışıb.
Hepatoloq Könül Mahmudova 
Tanınmış həkim Vaqif Qarayev isə Medicina.az-a bildirib ki, PZR analizi Azərbaycanda bütün klinikalarda eyni texnologiya ilə həyata keçirilir: "Burada qiymətlərin fərqli olması təəccüblüdür. Çünki bu analiz zamanı eyni avadanlıqlardan və maddələrdən istifadə edilir”.
Bununla belə, həkim deyib ki, hər klinikanın özünün daxili qaydaları və tətbiq etdiyi qiymət cədvəli var: "Burda qiymətlərin bu qədər kəskin şəkildə fərqli olması isə klinikaların tətbiq etdiyi daxili qaydalara əsaslanır”.
Qeyd edək ki, PZR analizi hepatit də daxil olmaqla, bir çox virus xəstəlikləri zamanı müalicə müddətində xəstəyə vaxtaşırı olaraq təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun təyin edilir.


Şərhlər
Klinikaların üzərində səhiyyə nazirliyinin nəzarəti olmalıdır.Qiymətlər ölkədəki sosial vəziyyətlə müəyyən olmalıdır.Razılaşmayanların fəaliyyəti dayandırılmalıdır.Qiymətlərin bahalığının əsas səbəbi səh.nazirliyində lisenziyaların böyük rüşvətə satılmasıdır.