Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir. Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, müsahibəsi ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:
"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki, əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi". Bunu Damlanın səhifəsində də görə bilərsiniz.
Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər".
Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib.


Şərhlər
Allah bütün şəhidlərimizə rəhmət etsin! Ancaq məmurlar fikirləşirlər ki, vətən uğunda oğullarımızın şəhid olmalarının onlara aidiyyəti yoxdur. Onlar o stollarda otuzdurulub ki, insanları təhqir edib alçaltsınlar, insanlar başların qaldırmamalı və cənabi feterbürk deputatı Aqıl Abbas demişkən millət ancaq soğan əkməli, başını yuxarı qaldırmamalıdır. ....
aybənizsən nə bizsən kimsən ki sən onu bilki şəhid ailəsinin şəhid anasının arxasında xalq dayanıb prezident dayanıb başa düşdün nə deyib əcəb eliyib çaşma!!!
Qazağın icra başçısında ibrət götürsün,Massalı icra hakimyyəti müavin Aybəniz Qafarova.Görsün ki,ümumiyyətlə şəhidlərə necə diqqət var.
Afətin özü şəhid versə ,şəhid anasının nə keçirdiyini hiss edər.