"Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu".
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu deyiblər: "Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxumalıdır".


Şərhlər
Gənclər böyüklərdən dərs alır.Hazirlərimiz,bir çox dövlət adamlarımız,nəhayət Milli Məclis deputatları( himn qürur rəmzidir ) nə zaman himni oxuyublar?
Əvvəlcə bu barədə düşünmək,sonra gəncləri günahansdırmaq olar! Siz özünüz himnin sözlərini əzbər bilirsinizmi?Axə bu neçə ildə Sizi bir dəfə də olsun himni heç olmasa züm-zümə etdiyiniz görünməyib.Səhvi düzəltməyi əvvəlcə özünüzdən başlayın ki. gənclərə də dərc oldun.
Azad muellim, herden bizim memurlarimiz adami ele teeccublendirir ki, idmancilarimizin himni oxumamamsi muqaisede hecnedir. Wubhe edirsinizsse lap bir misal da cekim. Vaxitile melum komiteye sedrlik eden Eli muellim mecburi kockunlere uz tutub demiwdi ki," 36 manat boyuk puldur, onu birdefeye xerclemeyin" Esil teeccub bax bele olur, tak cto her xirda meseleni ureyinize salmayin!