"Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir". Bunu müstəqil jurnalist Cavanşir Həsənov öz "facebook" hesabından paylaşdığı yazıda bildirib.
"AzPolitika.info"nun məlumatına görə, yazıda daha sonra bildirilir: "Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməskndə (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir.
Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.

Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.
Xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub".






Şərhlər
Bu millətin başbilənlərinin sauna- masana sevgisini nə ilə izah etmək olar? Bir azdan nazirlərin arasında ..... rast gəlsək, gərək, heç də heyrətlənməyək
Hökumət fəaliyyətsiz,zəif,qorxaq və ya fırıldaqçılara dost olanda fırıldaqçılar əl=qol açar.Bir halda ki, bu hal Nazirlər Kabinetindən başlaya bu hal ölkənin faciəsidir.Belə faktların mövcudluğu Azərbaycanın məmurların talandığını sübut etmirmi?
Ölkədə ciddi,tərəfsiz araşdırmalar aparılmalı,daşınan sərvətlər dövləti geri alınıb cəmiyytin mənafeinə sərf edilməlidir....
...sevimli və əvəzolunmaz kadrlardır. Tamış olun.
Abuialıbov da bunun kimi və sair.Yazıq xalq neynəsin? Səsi çıxanda polis qabağında olur..
Cibutiye vizasizdi olkemizden ora get
5ci kalon axtarir deputatlar.5 kalonun esas simalarindan biri yaqub eyyubovd.putin buna ne qeder medal verib yeqinki hami bilir.cenab prezident bunu derhal vezifesinnen azad etmelidi
Sen Allah bizide buraxin cixaq gedek Afrikaya zada.Day neyleyek.
DÜZ EDİRLER.SAVADSIZ/KARTON DƏYƏRLİ DİPLOMLU YOX/,SÜST ve BİGANƏ XALQIN VARİDATINI,SƏRVƏTİNİ AĞILLI QOCAQLAR İSTİFADƏ EDƏRLƏR.
Afrikaya cetin buraxsinlar, ora uje "zanet"dir. Bizim monopolist memurlarimiz oradan banan getirirler,imkan vermezler xeyire werik cixasan!