Daha 2 rayonun icra başçısı vəzifəsindən azad olunub.
"AzPolitika.info"nun məlumatına görə, Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidenti İlham Əliyev həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Məhərrəm Böyükağa oğlu Quliyev isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Şərhlər
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup gözdən əlilləm.
15.03.2013-cü ildə Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınmışam.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixində imzaladığı sərəncama əsasən biz mənzillə təmin olunacağımız barədə çox sevindik.
Lakin hal-hazırda 2019-cu il olmasına baxmayaraq mən bu günə qədər mənzillə təmin edilməmişəm.
Sərəncama müvafiq olaraq dəfələrlə Şəki rayon İcra hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm, hər dəfə bildirilir ki, 2018-ci ilin sonunadək təmin olunacaqsınız.
Sizdən xahiş edirəm ki, Silahlı Qüvvələrdə 18 il 6 ay xidmətimi, “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü bəndinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədən kənar verilir” qanununu, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı gözdən əlill olmağımı və himayəmdə iki azyaşlı övladımın olmasını nəzərə alaraq mənzillə təmin olunmağıma köməkdarlıq edəsiniz".
Şəki şəhəri Mustafayev birinci katib gələndən ( sonra bir sıra katiblər göndərilib ) indiyə qədər ağ gün görməyib.Hər gələn söküb,soyub gedib. Yenisi göndərilsə də bir şey dəyişməyəcək.Çünki nə qədər ki, Şəkiyə canı yanan,orada normal həyat şəraiti yaratmaq həvəsi olan,yerli şəxs təyin edilməyəcək və ya həmin şəxsi normal seçki ilə şəkililər seçməyəcək belə vəziyyət davam edəcək.
İcra başçıları xüsusi seçilmiş kadrlardır.onlar işdən azad edilmirlər.Novruz Novruzov da bu yaxınlarda yeni təyinat alar.Gözləyin.
O da özlərinkilərdəndir.Narahat olmayın.
Maraqlı məlumatdır.Hansı başçı işdən çıxarılıb? Sadəcə yerdəyişmədir ki, bununla heç nə dəyişmir.Buna işdən çıxarma deyilir? Məlumat yazanda bir az diqqətli olun.İcra başçıları seçilmiş tayfadan olduğundan onlar işdən çıxarılmır.Bir rayonu bərbad etdikdən,orada cinayətlər, mənimsəməlr, rüşvğtlə biabır olduqda diğər rayona həmin vəzifəyə eyni əməllərini davam etdirməyə göndərildiyi elə sərəncamdan və şərhlərdən aşkar olur.
Isin mahiyyeti ne olur ki.
hec ne!
deyirmen bildiyin edir, cax-cax basin aqridir!
xizi bərbad gündədir
İşdən azad olunan İcra Hakimiyyəti Başçılarının sağ əlləri Şəki İHB -na .
AĞstafanın adı dəyişib oldu Qarastafa
Xızı rayonu nə vaxt ağ günə cıxacaq
Toplananların yerini dəyişməklə nəticə dəyişmir.
Şəki rayonu nə vaxt ağ günə çıxacaqdır......? Səbirsizliklə Sərəncamınızı gözləyirik ?