Trampın namizədi Dünya Bankına rəhbər təyin olunub
Baxiş sayı:
Dərc olunub:
05/04/2019 - 22:10
Dünya Bankına yeni prezident seçilib.
“Report”un “TASS” Agentliyinə istinadla xəbərinə görə, bu vəzifəni ABŞ maliyyə nazirinin müavini Devid Malpass icra edəcək. Onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
Bankın sabiq rəhbəri Cim Yon Kim fevralın 1-də, səlahiyyət müddəti bitmədən istefaya gedib. Cim Yon Kim qərarının səbəbini özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Ondan sonra bu vəzifə icraçı direktor Kristalina Georgiyevaya tapşırılıb.
Xatırladaq ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı 5 illik müddətə seçilir.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.