Menu

"Bavariya" "Borussiya"nı məğlub edərək birinci pilləyə yüksəlib

06.04.2019, 22:31
"Bavariya" "Borussiya"nı məğlub edərək birinci pilləyə yüksəlib

Futbol üzrə Almaniya Bundesliqasında XXVIII turun mərkəzi qarşılaşması keçirilib.

"Report" xəbər verir ki, "Bavariya" doğma meydanda "Borussiya" (Dortmund) ilə üz-üzə gəlib. Qarşılaşma Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Bu nəticədən sonra 64-cü xalını qazanan "Bavariya" birinci pilləyə yüksəlib. "Borussiya" isə 63 xalla ikincidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol