Menu

Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

07.04.2019, 00:29
Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

Cəlilabad rayonunda kütləvi dava baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Əzizov İsaq Əli oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı üz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. İ.Əzizova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol